"Münasibətləri normallaşdıranları qəbul etsəydim, bir neçə saat içərisində müqavilə imzalayardım".
Yeniavaz.com "AA" ya istinadən xəbər verir ki, bu sözlərlə Fələstin Azadlıq Təşkilatı İcra Şurasının baş katibi Saib Ureykat, BƏƏ-ni və Bəhreyni normallaşma müqaviləsini imzaladıqlarına görə tənqid edib.
Ureykat öz "twitter" hesabında bundan başqa məsələlərə də toxunub.
O, Manama və Əbu-Dabinin səhvlərinə işarə edərək, Qüds və qaçqınların haqlarını aşağı saldıqlarını və Qərbi Şəriyənin 33 fazinə güzəşt getdiklərini söyləyib.
Bəzi "twitter" istifadəçilərinin işğalçılarla uzun müddət davam edən Fələstin danışıqlarını tənqid etmələrini Ureykat belə cavablandırıb: "Mən yanan közü əlimə almışam. Məscidi Əqsa və Qiyamət Kilsəsinin yerləşdiyi Qüdsün İsrailin paytaxtı olmasını qəbul edə bilmədim".
Ureykat həmçinin vurğulayıb ki, normallaşdırma müqaviləsi ilə Məscidi Əqsanın suverenliyinin İsraildə olduğu qəbul edilir.