Tofiq Yaqublu qızının məzarını ziyarət etdi – YENİLƏNİB


Müsavat Partiyasının fəalı Tofiq Yaqublu xəstəxanadan çıxdıqdan sonra mərhum qızı Nərgizin məzarını ziyarət edib.
Yeniavaz.com
xəbər verir ki, Tofiq Yaqublu ailə üzvləri ilə birlikdə Nərgiz Yaqublunun məzarını ziyarətə gedib.
Qeyd edək ki, T.Yaqublu bu gün ev dustaqlığına buraxılıb.

***17:29

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu xəstəxandan evə buraxılıb.
Yeniavaz.com xəbər verir ki, o, müalicə aldığı "City Hospital"ın qarşısında jurnalistlərin suallarını cavablandırıb.


***17:06
Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”a həkim Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, hazırda T.Yaqublu qida qəbul eləməyə başlayıb:

“Tofiq Yaqublunun səhhəti kafidir. Aclıq aksiyasını dayandırıb. Vəziyyətinə baxaq ya bu gün, ya da sabah evə buraxılacaq”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirirdi. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

DİGƏR XƏBƏRLƏR

Top