Ağ Ev:"Daha 5 ölkə İsraillə münasibətlərini normallaşdırmaq istəyir"


Ağ Ev, 3-ü Yaxın Şərqdə olmaqla daha 5 ölkənin İsraillə münasibətlərini normallaşdırmaqla bağlı düşündüklərini bildirib.
Yeniavaz.com
“NTV”yə istinadən xəbər verir ki, bu açıqlamanı Trampın köməkçisi, Mark Medouz prezident seçkilərinin kampaniyası ilə əlaqədar getdiyi Viskonsin ştatında mətbuat konfransında deyib. Ancaq o, ölkələrin adını açıqlamaqdan yayınıb.
Digər tərəfdən, Medouz, Trampın çərşənbə axşamı, BMT Baş Assambleyasındakı çıxışı üçün Nyu-Yorka getməyəcəyini bildirib. Onun koronavirus səbəbilə Ağ Evdən onlayn şəkildə BMT-nin iclasında iştirak edəcəyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top