Navalnının necə zəhərlənməsinə dair ilkin versiya açıqlandı – VİDEO
DÜNYA
17 sen 2020, 13:57
Rusiyalı müxalifətçi Aleksey Navalnıya yaxın şəxslər onun necə zəhərlənməsinə dair ilkin araşdırma aparıblar. Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Navalnının Tomsk şəhərində ikən qaldığı oteldə araşdırma aparılıb. Nəticədə rus müxalifətçinin qaldığı otaqda mineral su şüşələrindən birinin üzərində “Noviçok” adlı zəhərin izləri tapılıb. İlkin ehtimala görə, Navalnı təyyarəyə minməzdən əvvəl məhz həmin oteldə zəhərlənib. Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, Aleksey Navalnının “instagram” səhifəsində otel otağında aparılan araşdırmanın görüntüləri paylaşılıb.
Həmin görüntüləri təqdim edirik: