Rusiyada koronavirusdan ölənlərin sayı 19 mini ötdü


Rusiyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, Rusiyada koronavirusdan ölənlərin sayı artaraq  19 min 61 olub. Yoluxanların sayı 1 milyon 85 min 281-ə çatıb. Həmin ölkədə son sutkada 5 min 762 nəfər COVİD-19-a yoluxub, 144 nəfər isə dünyasını dəyişib.
Rusiyada bu günə qədər yeni növ koronavirusdan sağalanların sayı isə 895 min 868 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top