Almaniyada yeni növ koronavirusla mübarizədə iştirak edən tibb bacıları və xəstə baxıcılarına əlavə pul veriləcək.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya COVİD-19-la mübarizədə iştirak edən tibb bacıları və xəstə baxıcılarına 100 milyon avro (200 milyon 475 min 900 manat) əlavə pul ödəməyi planlaşdırır. Bu qərarın sabah parlamentdə təsdiqlənməsi gözlənilir. Ayrılan məbləğin may ayının sonlarına qədər koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan xəstəxanalara veriləcəyi gözlənilir. Əlavə ödəniş tibb bacıları və xəstə baxıcılarına xəstəxana rəhbərliyi tərəfindən veriləcək.
Bu qərarın, COVİD-19 xəstələrinə çətinliklə xidmət edən tibb işçilərinə dəstək məqsədi ilə hazırlandığı bildirilib.