
NATO–nun Baş katibi Cens Stoltenberq Türkiyə və Yunanıstan arasındakı gərginliyin müzakirə edildiyini açıqlayıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, Stoltenberq Türkiyə-Yunanıstan gərginliyinin NATO-da müzakirə olunduğunu ancaq, razılıq əldə edilmədiyini bildirib. Baş katibin sözlərinə görə, hər iki ölkə arasında gərginliyin azaldılması istiqamətində NATO-da müzakirələrin növbəti mərhələsi keçiriləcək.
Qeyd edək ki, Türkiyənin Aralıq dənizində enerji-kəşfiyyat işləri aparması üçün gəmi göndərməsindən sonra Yunanıstanla gərginlik artıb. Yunanıstan hökuməti bəzi bölgələrin onlara aid olduğunu və Türkiyə gəmilərinin həmin ərazidən çıxarılmasını tələb edir. Türkiyə isə bəhs edilən yerlərin Yunanıstana deyil, Türkiyəyə aid olduğunu və ərazidən heç bir gəminin çıxarılmayacağını bildirib.
Gərginliyin artması ilə Aralıq dənizində Türkiyə ilə Yunanıstan ordusu bir-birinə qarşı təhlükəli manevrlər həyata keçirib.