Mingəçevir şəhər Mərkəzi Xəstəxanası 3 yeni təcili tibbi yardım maşını ilə təmin olunub.
Yeniavaz.com xəbər verir ki, TƏBİB tərəfindən ayrılan “Fiat Doblo” markalı yeni, müasir ambulanslar bu gün Mingəçevir Mərkəzi Xəstəxanasına gətirilərək Təcili Tibbi Yardım Xidmətinə təqdim olunub.
Qeyd edək ki, hər üç ambulans ən qabaqcıl tibbi texniki ləvazimatlarla təmin olunub.
Esmira Hidayətova, Mingəçevir