Lukaşenko: “Moskvada guya evimi tapıblar, mənim heç Belarusda mülküm yoxdur” - VİDEO


Aleksandr Lukaşenko Belarusun istənilən çətinliklərə vaxtında cavab verməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin Strateji İdarəetmə Mərkəzində iclas keçirilib. Verilən məlumatlara görə, Lukaşenko ölkədəki vəziyyəti hərbçilərlə müzakirə edib. İclasdan sonra yayımlanan açıqlamada Belarus prezidenti bildirib ki, vəziyyətə ciddi nəzarət olunacaq:
"Mən bir daha demək istəyirəm ki, Belarusdakı tətillərdən və etirazlardan heç bir şey çıxmayacaq. Biz ölkəni heç kimə verməyəcəyik, vəziyyəti saxlayacağıq. Bizim həyatımız, taleyimiz budur. Haqqımda yalan məlumatlar yayırlar. Guya Moskvada hansısa evimi tapıblar. Tapıbsınızda götürün. Mənim heç Belarusda mülküm yoxdur". 
 

 

DİGƏR XƏBƏRLƏR

Top