Xaricdə yaşayan daha bir azərbaycanlı COVID-19 səbəbilə vəfat etdi


Norveçdə əslən Bakıdan olan, 1954-cü il təvəllüdlü Əli Gülbala oğlu Əzizov vəfat edib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, həmyerlimiz ötən gün koronavirusdan dünyasını dəyişib.

O, bir aydır Norveç Krallığının paytaxtı Osloda klinikaların birinə COVID-19 diaqnozu ilə yerləşdirilmişdi.

Mərhum Norveç vətəndaşıdır və Osloda xüsusi qayda ilə dəfn olunub.

DİGƏR XƏBƏRLƏR

Top