Yanvar-iyul aylarında Azərbaycanın neft kəmərləri ilə bu qədər neft nəql edilib


Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 20,997 mln ton neft nəql edilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, nəqletmənin 79,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yeddi ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 9,6% azalıb.

 Cari ilin yanvar-iyul ayları ərzində BTC vasitəsilə 16,745 mln ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 11% azdır.

Dövr ərzində BTC kəməri ilə 2,419 mln ton (11% az) tranzit nefti də nəql edilib. (report)
 

DİGƏR XƏBƏRLƏR

Top