Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxıldı


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin yeni növ koronavirusdan sağalması barədə sosial şəbəkə vasitəsilə paylaşım edib.
Rəşad Mahmudov  bildirib ki, Cavid Paşayev koronavirusa qalib gəlib: “Ən çətin günlərində böyük bir komanda gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq! Beləliklə dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, COVID 19-la mübarizədə effektivliyinə şübhə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!" Qeyd edək ki, Cavid Paşayev iyulun 13-də ECMO cihazına qoşulmuşdu.


 

DİGƏR XƏBƏRLƏR

Top