Bakıda özünü dənizə atan şəxsin xilasedilmə anları - VİDEO

Bakıda intihara cəhd hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda olub.

Belə ki, 1998-ci il təvəllüdlü Mürşüdov Miri Raqif oğlu özünü dənizə atıb.

O, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb və  aidiyyəti üzrə təhvil verilib.


Video: Baku tv

DİGƏR XƏBƏRLƏR

Top