Sumqayıtda bir neçə nəfərin gənci döyməsi DİN-də araşdırılır


Sosial şəbəkələrdə bir gəncin bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrlarda gedən dialoqdan hadisənin sosial şəbəkələrdə təhqirdən istifadə olunması nəticəsində baş verdiyi bəlli olur. Kadrlarda bir neçə şəxsin, bir gəncdən, əvvəlcə onları təhqir etdiyi üçün üzr istəməsini tələb etdiyi, daha sonra isə onu fiziki zorakılığa məruz qoyduğu müşahidə olunur. Hadisənin Sumqayıtda baş verdiyi iddia edilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov Yeniavaz.com-a bildirdi ki, məsələ araşdırılır və yaxın müddətdə bu haqda ictimaiyyətə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top