400 kiloqram ağırlıq qaldırmağa çalışan idmançının dizləri qırıldı – VİDEO


Rusiyada keçirilən “World Raw Powerlifting Federation” Avropa çempionluğu üzrə yarışda bədbəxt hadisə yaşanıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, yarışda iştirak edən rusiyalı idmançı Aleksandr Sedik 400 kiloqramlıq ağırlığı qaldırmağa cəhd edərkən dizləri qırılıb. Ağrı səbəbilə çətin anlar yaşayan idmançı təcili xəstəxanaya çatdırılıb. Həkimlər Aleksandr Sedikin 2 ay müddətində yatağa bağlı vəziyyətdə müalicə ediləcəyini bildirib. Daha sonra isə idmançıya fizioterapiya tətbiq ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top