Yerli mətbuatda Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənovun bu gün Bakıda istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Baş Prokurorluq ilə əlaqə saxladıq. Qurumdan Yeniavaz.com-a bildirildi ki, onlarda bu haqda heç bir məlumat yoxdur: “Digər istintaq orqanları ilə əlaqə saxlayın”.
Daxili İşlər Nazirliyindən isə Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə əlaqə saxlamalı olduğumzu bildirdilər.
DTX-dan isə Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlamalı olduğumzu bildirdilər. XİN-ə məsələ ilə bağlı etdiyimiz zənglər cavabsız qaldı.
Qeyd edək ki, bununla bağlı ilk məlumatı azpolitika.info saytı yayıb. Bildirilib ki, bu haqda məlumat mətbuat orqanına E.Həsənova yaxın mənbələrdən daxil olub. Həmçinin E.Həsənovun Bakıda səfərdə olan Serbiya nümayəndə heyətilə birlikdə bir neçə gün əvvəl Bakıya döndüyü qeyd olunub.