Türkiyənin Milli Müdafiə naziri: "Sonadək Azərbaycanın yanındayıq"


“Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırım edən Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün gücümüzlə sona qədər Azərbaycanın yanındayıq”.
Yeniavaz.com
“AA”ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, həyata keçirilən hərbi təlimlər iki qardaş ölkənin təhdid və təhlükələrə qarşı ortaq duruşunu bütün dünyaya göstərdi: “Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə qarşı həyata keçirdiyi xain hücumu bir daha şiddətlə qınayıram. Yaşadığınız kədəri dərindən hiss edirik. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün 83 milyon Türkiyə olaraq sona qədər qardaşlarımızın yanındayıq. Hamınız salamat qalın, yaxşı qalın”.

DİGƏR XƏBƏRLƏR

Top