Rusiyalı professor yeni hazırlanan koronavirus peyvəndinə görə nazirlikdən istefa verdi


Rusiyanın Səhiyyə Nazirliyinin əməkdaşı professor Aleksandr Çuçalin qeydiyyatdan keçən yeni koronavirus peyvəndi səbəbilə istefa verdiyini açıqlayıb.
Yeniavaz.com
“Dailymail”ə istinadla xəbər verir ki, Aleksandr Çuçalinin yeni peyvəndin təhlükəsizlik səbəbilə qeydiyyata alınmaması üçün mübarizə apardığını ancaq buna müvəffəq ola bilmədiyi məlum olub. O, peyvəndin istehsalında tələskənliyə yol verildiyini bildirib: “Peyvəndin hazırlanmasında Rusiya Federasiyasının qanunvericiliyi və beynəlxalq elmi ictimaiyyət tərəfindən təsdiq edilmiş vacib mərhələlərdən keçilməyib. Beləcə, tibbin etik prinsiplərindən biri kobud şəkildə pozulub. Bu gün hazırlanan peyvəndlər insanlar üzərində kifayət qədər təcrübə edilməyib və insanın buna necə dözəcəyini proqnozlaşdıra bilmirik”.
Çuçalin verdiyi açıqlamada Rusiya Səhiyyə Nazirliyini ciddi tənqid edərək, qeydiyyata alınan COVİD-19 vaksinindən istifadənin təhlükəli olduğunu söyləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin hazırlanan yeni növ koronavirus peyvəndinin qeydiyyata alındığını açıqlamışdı.
Xatırladaq ki, yaxın günlərdə kütləvi istifadəsi nəzərdə tutulan vaksinə “SPUTNİK V” adı verilib.

DİGƏR XƏBƏRLƏR

Top