Bakıda avtobuslar minik avtomobilləri tərəfindən vuruldu – QƏZA ANI


Avqustun 11-12-də “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan “İsuzu Citiport” markalı avtobuslar dayanacaq ərazisində olarkən minik avtomobilləri tərəfindən vurulub.
Bu barədə Yeniavaz.com-a şirkətdən məlumat verilib. Bildirilib ki, nəticədə avtobusa böyük miqdarda ziyan dəyməklə yanaşı, sərnişinlər fiziki və psixoloji zədə alıb, yollarda hərəkət axını pozularaq sıxlıq
yaranıb və ictimai nəqliyyatın fəaliyyət rejimi pozulub.
Şirkət həmçinin açıqlamasında sadalanan problemlərin həlli məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən təklif edilən xüsusi avtobus zolaqlarının çəkilməsi layihəsinin tezliklə icra edilməsi istəyib.
Son 2 gündə şirkətə məxsus avtobusların minik avtomobilləri tərəfindən vurulmasını əks etdirən görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top