Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları tədbirləri davam etdirir.
Yeniavaz.com xəbər verir ki, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekt sahibi və müştərilər saxlanılaraq RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top