ABŞ İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnaməni səsə qoydu


ABŞ, BMT-nin İranla bağlı qətnamə layihəsini səsə qoyub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, ABŞ, BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah embarqosunun müddətinin uzadılması ilə bağlı qətnamə layihəsini səsə qoyub. Səsvermənin tarixi BMT Təhlükəsizlik Şurasının prezidenti tərəfindən təyin ediləcək. Xəbərdə bildirilir ki, səsvermə prosesi başladıqdan sonra ölkələrin 24 saat ərzində qərarlarını BMT katibliyinin üzvlərinə göndərməlidirlər. Bundan sonra BMT Təhlükəsizlik Şurasının prezidenti səsvermənin nəticələrini elan edə biləcək.
Qeyd edək ki, nüvə sazişinə görə İrana qarşı silah embarqosunun müddəti 18 oktyabr 2020-ci ildə başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top