Əliyevlə Putin arasında telefon danışığı baş tutub

Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, telefon danışığı zamanı regional problemlər müzakirə edilib. Azərbaycan-Ermənistan dövlət sərhəddində vəziyyətin pisləşməsi kontekstində regional mövzu ətrafında fikir mübadiləsi aparılıb. Rusiya tərəfi sərhəddə gərginliyi artıra biləcək hər hansı bir hərəkətdən çəkinməyin vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Rusiya liderini koronavirus peyvəndinin qeydiyyatı münasibətilə təbrik edib.

DİGƏR XƏBƏRLƏR

Top