Bakıda avtobus yandı


Bu gün səhər saat 7 radələrində "Çinar-Trans" MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub. Hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə BNA mətbuat katibi Mais Ağayev məlumat verib.

M.Ağayev qeyd edib ki, yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.

DİGƏR XƏBƏRLƏR

Top