Şotlandiyada sərnişin qatarı relsdən çıxıb və nəticədə 3 nəfər ölüb.
Yeniavaz.com "tass" agentliyinə istinadən xəbər verir ki, hadisə Şotlandiyanın şimal-şərqində, Aberdinşir bölgəsində qeydə alınıb.
Aberdindən Qlazqoya yola düşən sərnişin qatarının relsdən çıxması nəticəsində üç nəfər ölüb, 6 nəfər yaralanıb. Britaniya nəqliyyat polisi ölənlərin şəxsiyyətlərinin hələ müəyyənləşdirilmədiyini, ancaq qatar sürücüsünün də böyük ehtimalla ölənlər arasında olduğuna inandıqlarını qeyd edib.