Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində koronavirus diaqnozu qoyulan qadında Sibir xorası da aşkarlanıb.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, pasiyent Sibir xorasına xas simptomlarla Rustavi şəhər Mərkəzi Xəstəxanasına avqustun 11-də yerləşdirilib. Yüksək temperaturlu qadın Sibir xorası və koronavirusla bağlı testdən keçirilib. Hər iki halda cavab pozitiv olub.
Qeyd edək ki, Qaracalar kəndində iyulun 24-dən avqustun 10-dək xüsusi karantin rejimi tətbiq olunub.