Rusiyada hazırlanan koronavirus peyvəndinin kütləvi istifadəsinə bu tarixdə başlanılacaq


Rusiyada ilk dəfə qeydiyyata alınan koronavirus peyvəndi barədə yeni məlumatlar verilib.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Rusiyanın Səhiyyə naziri Mixail Muraşko yeni hazırlanan vaksinin istifadəyə veriləcəyi tarixi açıqlayıb:
“Vaksin iki həftə ərzində kütləvi istifadəyə buraxılacaq. Peyvənddən istifadə həkimlər də daxil olmaqla hər kəs üçün könlüllü olacaq. Xaricdə istifadə edilməsi üçün danışıqlar aparılır ancaq ilk öncə daxili bazardakı tələbat qarşılanacaq”.
Mixail Muraşko peyvəndin xarici ölkələrdə bəzi mütəxəssislər tərəfindən tənqidi barədə də danışıb:
“Rusiya dərmanının rəqabətdə üstünlüyünü hiss edən bəzi adamlar əsassız fikirlər səsləndirirlər. Peyvənd güclü araşdırmalar nəticəsində hazırlanıb, tam təhlükəsizdir”
Qeyd edək Rusiyada hazırlanan ilk koronavirus peyvəndinin qeydiyyata alınması xəbərini ölkə prezidneti Vladimir Putin açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top