ABŞ Demokrat partiyasının prezidentliyə namizədi Co Bayden Kamala Harrisi vitse-prezidentliyə namizəd seçib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, əgər Co Bayden prezident seçilsə Kamala Harris ABŞ tarixində ilk dəfə qaradərili vitse-prezident olacaq. Co Bayden “twitter” hesabından verdiyi açıqlamada Harrisi “qormaz döyüşçü” adlandıraraq, onu ən yaxşı dövlət qulluqçularından adlandırıb.
Qeyd edək ki, Kamal Harris 55 yaşındadır. Kaliforniyanın Baş prokuroru vəzifəsində çalışıb. Prezidentliyə namizədliyini irəli sürmüşdü ancaq, lazımi dəstəyi görə bilmədiyi üçün təbliğat kampaniyasını dayandırmışdı.