Sumqayıtda 15 yaşlı qız itkin düşüb - FOTO


Sumqayıtda 15 yaşlı qız itkin düşüb.

Yeniavaz.com xəbər verir ki, 17-ci mikrorayon sakini, 15 yaşlı Abbaszadə Zəhra Turab qızı avqustun 9-da evdən çıxaraq bir daha geri qayıtmayıb. O, evdən çıxarkən bəzi geyim əşyalarını da özü ilə götürüb. Valideynləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.  
Onu görən şəxslərdən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə müraciət etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top