“Bəzən səhiyyə müəssisəsinin əlilliklə bağlı məlumatları doğru olmur” - DSMF direktoru


"Əlilliyin təyinatı elektron sistem üzərindən aparılır və əlillik təyinatı zamanı nazirliyin əməkdaşı əlillik təyin ediləcək şəxsi görmədən sadəcə səhiyyə müəssisəsinin göndərdiyi məlumatı görür və onun əsasında qərar qəbul edir. Bəzi hallarda isə bu məlumatlar həqiqəti əks etdirmədiyindən təyinatlar da reallığa uyğun olmur".
Yeniavaz.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişovun "Qafqazinfo"ya müsahibəsində deyib.
Direktor bildirib ki, onların bu gün apardığımız yoxlama elektron bazaların qarşılaşdırılması və kameral yoxlama tədbirləri və təhlillərdir:
"Bəzi hallarda müəyyən olunur ki, şəxs barəsində qərar qəbul olunub ki, məsələn o serebral iflicdir, amma şəxs orta məktəbdə təhsil alır və göstəriciləri kifayət qədər yüksəkdir. Və yaxud da şəxs birinci qrup gözdən əlildir, amma beynəlxalq nəqliyyat daşımaçılığı ilə məşğuldur. Yəni təhlillər nəticəsində saxta əlillik işləri müəyyən olunur, onlar dayandırılır. Qeyd edim ki, şəxsin əlillik işinə görə ödənişinin dayandırılmasından əvvəl ona nazirliyin aidiyyəti qurumuna yaxınlaşmaq və qeyri müəyyənliyi aradan qaldırmaq barədə rəsmi məktub ünvanlanır, lakin vətəndaşlar əksər hallarda yaxınlaşmırlar. Onu da qeyd edim ki, Nazirliyin əməkdaşları tərəfindən hər hansı hüquqa zidd əməl müəyyən edildiyi təqdirdə, etdiyi hüquqa zidd əməlin xarakterindən aslı olaraq lazımi intizam və ya digər daha sərt tənbeh tədbirləri görülür. Görülən bu tədbirlər barədə ictimaiyyət məlumatlandırılır".

DİGƏR XƏBƏRLƏR

Top