Belarusda saxlanılan aksiyaçıların sayı 5 mini ötüb - aksiyalar davam edir - VİDEO


Belarusda aksiyalar davam edir. Yeniavaz.com "Current time"a istinadən xəbər verir ki. son iki gün ərzində saxlanılan aksiyaçıların sayı 5 mini ötüb, 200-dən çox insan xəstəxanaya yerləşdirilib, bir nəfər isə həyatını itirib. Həlak olan şəxsin adı Daxili İşlər Nazirliyi tərəfindən açıqlanmasa da, dövlət kanalında həmin şəxsin cinayətkar olduğu, hətta qətlə görə həbs cəzası çəkdiyi məlumatı yayımlanıb. Başda paytaxt Minsk şəhəri olmaqla ölkənin iri şəhərlərində etirazçılarla güc strukturları arasında toqquşmalar davam edir. Minsk Elektrotexnika Zavodu və Jabinkovskiy Şəkər Zavodu tətil elan ediblər, işçilər aksiyaçılara qoşulublar. Ölkədə fövqəladə vəziyyətin elan ediləcəyi gözlənilir.

 

 

DİGƏR XƏBƏRLƏR

Top