Belarus Parlamenti etirazlarla bağlı bəyanat yaydı


Belarus Parlamenti ölkədə baş verən hökumət əleyhinə aksiyalar barədə bəyanat yayıb.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Belarus Parlamenti etiraz aksiyalarının məqsədyöblü şəkildə cəmiyyəti parçalamaq üçün təşkil edildiyini açıqlayıb:
“Belarus parlamenti respublikadakı vəziyyəti gərginləşdirmək cəhdlərini qəti şəkildə pisləyir. Ölkədə sabitliyin pozulmasında gənclərimizdən istifadə edilməsinə yol vermək olmaz. Hər bir vətəndaşın borcu qanunlara riayət etməkdir. Dövlət isə ölkədə sülh və əmin-amanlığı təmin etməyə borcludur”
Qeyd edək ki, Belarusda 9 avqustda keçirilən prezident seçkilərindən sonra ölkədə hökumət əleyhinə etirazlar başlayıb. Küçələrə axışan onlarla etirazçılar ilə polis arasında qarşıdurma yaranıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top