Orduya dəstək yürüşündə iştirak edib həbs olunanların yaxınları etiraz edirlər – VİDEO


14 iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə saxlanılan şəxslərin yaxınları Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirir.
Yeniavaz.com
"Meydan TV"-ə istinadla xəbər verir ki, sözügedən şəxslər həbs olunan yaxınları barədə məlumat verilməsini və onların azadlığa buraxılmasını tələb edirlər.
Qeyd edək ki, 14 iyulda ördumuza dəstək məqsədilə Şəhidlər xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə sözügedən şəxslər ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verdikləri üçün saxlanılıblar.

DİGƏR XƏBƏRLƏR

Top