Belarusda prezident seçkilərinin ilkin nəticələri açıqlandı


Belarus Mərkəzi Seçki Komitəsi avqustun 9-da keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən Aleksandr Lukaşenko 80,23% səs toplayıb. Bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidia Yermoşina bildirib: “Səsvermədə 5 milyon 790 min nəfər iştirak edib, onlardan 4 milyon 652 mini Lukaşenkoya səs verib”.
Qeyd edək ki, seçki sonrası Belarusda etiraz aksiyaları başlayıb. Çox sayda insan küçələrə axışıb. Belarus polisi etirazçılara qarşı səs bombaları və gözyaşardıcı qazla müdaxilə edib.

DİGƏR XƏBƏRLƏR

Top