Bu gündən Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.
- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
- maşın və avadanlıqların istehsalı;
- elektrik avadanlıqlarının istehsalı;
- kompüter, elektron və optik məhsulların istehsalı;
- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
- sair nəqliyyat vasitələrinin istehsalı;
- poliqrafiya məhsullarının istehsalı;
- zərgərlik məmulatlarının istehsalı;
- musiqi alətləri, idman mallarının istehsalı;
- geyim istehsalı;
- toxuculuq sənayesi;
- ayaqqabıların istehsalı;
- dəri və dəri məmulatlarının istehsalı;
- tütün məmulatlarının istehsalı;
- sair sənaye məhsullarının istehsalı.
Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:
- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- Mühəndislik və layihələndirmə xidmətləri;
- Qablaşdırma məhsullarının istehsalı;
- Daş, metal və taxta məhsullarının istehsalı;
- Mebel istehsalı və təmiri;
- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
- Onlayn satışlar;
- Kimyəvi təmizləmə;
- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
- Avtomobillərin təmiri;
- Avtomobil yuyulma məntəqələri;
- Heyvan sığınacaqları;
- Tərcümə xidmətləri.