Daha bir generalımız vəfat etdi - FOTOLAR


Azərbaycan Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, Çingiz Məmmədov sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışıb. 
Qeyd edək ki, general-leytenant Çingiz Məmmədov son bir ay ərzində vəfat edən sayca 3-cü generaldı. Belə ki, iyulun 13-dən 14-ə keçən gecə Ermənistan ordusunun Tovuz istiqamətində hücumu zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub. Daha bir generalımız - Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyev isə bu ayın əvvəlində müalicə aldığı Türkiyədə dünyasını dəyişib.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top