Bu gün Belarusda prezident seçkiləri keçirilir.
Yeniavaz.com xəbər verir ki, 6,8 milyon vətəndaş 5 min 767 seçki məntəqəsində səs verəcəklər.
Seçkilərdə hazırkı prezident Aleksandr Lukaşenko ilə bərabər daha 4 namizəd mübarizə aparır. Seçkilərdə 6-cı dəfə iştirak edən Aleksandr Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya hesab olunur.