"Hyundai" yol kənarındakı ağaca çırpıldı


Bərdədə 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini, 1984-cü il təvəllüdlü Qara Məmmədov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib və yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü və iki sərnişin - rayon sakinləri, 2000-ci il təvəllüdlü Yusifli Mirdamət və 1997-ci il təvəllüdlü Novruzlu Kazım müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top