"İstəmirik insanlar evdə otursun, bu bizim üçün ziyandır" - Prezidentin köməkçisi


“Bu hal baş verərsə, biz yenidən bağlanmalı olacağıq”​.

Yeniavaz.com xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O bildirib ki, məqsədimiz insanları evdə saxlamaq deyil: “ Hələ kafe və restoranlar, mağazalar açılmayıb. Amma dünən paytaxt küçələrində çəkilən fotoşəkillərdə insanların problemsiz, heç bir qaydalara əməl etmədii və ara məsafə saxlanmadığı görülür. Belə olan halda, höküməti nədəsə günahlandırmaq doğru deyil. Hökumət doğrudan da əlindən gələni edir. Bizim məqsədimiz insanları evdə saxlamaq deyil. Biz istəmirik insanlar evdə otursun, bu bizim üçün ziyandır. İstəyirik ki, insanlar işləsinlər, tədrisə davam etsinlər. Təəssüf ki, belə olan halda, yoluxmaların sayı kəskin artacaq və yenidən bağlanmağa məcbur olacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top