Rayonlara gediş-gəliş bu ay açıla bilər - RƏSMİ


“Avqustun 24-dən rayonlara gediş-gəlişin açılması müzakirə olunur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O bildirib ki, bu barədə hələ ki, qərar qəbul edilməyib: “Amma bu qaydalar bizim növbəti atılacaq addımların siyahısındadır. Bu qərarların verilməsi üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır. Əgər epidemioloji vəziyyətə nəzarəti nəzarətdə saxlaya bilsək, yumşaldılmaya gedəcəyik. Yox, əgər nəzarət edə bilməsək növbəti mərhələyə saxlamalı olacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top