Yaqut Qarayeva: "Hər birimiz karantin rejimindən yorulmuşuq"


“Qarşıdan gələn günlərdə vətəndaşlardan xahiş edirik ki, qaydalara riayət etsinlər ki, tədricən yenə yumşalmalara gedək və normal həyatımıza qayıdaq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 
O bildirib ki, hər birimiz karantin rejimindən yorulmuşuq, yaxınlarımızı görmək istəyirik:
"Bəzən bizi qınayırlar ki, insanları qorxuduruq və payız, qış mövsümündən danışırıq. Amma biz bundan danışmalıyıq və problemlərə göz yummaqla həll olunmayacaq. Dünyada baş verən prosesləri izləyirik və görürük ölkələrdə yoluxma azalsa da, payız, qış aylarına hazırlıq görürlər. Bu aylarda yoluxmanın artacağı ehtimal olunur. Biz də vəzifə borcumuzu yerinə yetirərək bu məlumatı sizə veririk. Biz açılışa gedirik və hər şey bizim özümüzdən asılıdır . Bəzi qapalı məkanlar da açılır. Bu o deməkdir ki, qapalı sahələrdə biz qaydalara ciddi şəkildə əməl etməliyik. Bunun məsuliyyəti həm sahibkarların, həm də bizim üzərimizə düşür. Açıq məkanlar da belə özümüzü qoruyaq və çox sıxlıq olan yerlərə getməyək. Vətəndaşlar yumşalmalardan sonra daha ciddi qorunmalı, qaydalara əməl etməlidirlər. Əks halda yoluxmaların sayı artacaq. Tibb işçiləri də həm fiziki, həm də mənəvi cəhətdən çox yorulublar. Ümid edirəm ki, gələcək günlərdə sizə daha pozitiv xəbərlər verəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top