Məhərrəm Əliyevin qəzaya düşən nəvəsi ilə bağlı - Ailədən AÇIQLAMA

Ötən gün Prezidentin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin nəvəsinin Rusiyada qəzaya düşməsi ilə bağlı məlumat yayılmışdı.

Yeniavaz.com xəbər verir ki, ailəsindən hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verilib. Bildirilib ki, söhbət Məhərrəm Əliyevin qızının oğlundan gedir. 

Qeyd olunub ki, qəza onlara məxsus avtomobilin digər bir maşının sürücüsü tərəfindən vurulması nəticəsində baş verib. Qəza zamanı M. Əliyevin nəvəsi sükan arxasında olmayıb. Həmçinin vurğulanıb ki, insident xəsarətsiz ötüşüb.

Qeyd edək ki, ötən gün Məhərrəm Əliyevin nəvəsinin Moskvanın şimalında qəzaya düşməsi barədə xəbər yaymışdı. Məlumatda bildirilirdi ki, Moskvanın Bolşaya Akademiçeskaya küçəsində oğlanın idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil “Lexus”la toqquşub.


***09:06
Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, general-polkovnik Məhərrəm Əliyevin nəvəsi Moskvanın şimalında qəza keçirib.

REN TV-nin məlumatına görə, hadisə paytaxtın Böyük Akademik küçəsində baş verib. Belə ki, oğlanın idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobil  "Lexus"la toqquşub.

Qəza zamanı heç kim xəsarət almayıb. Qəzanın səbəbləri araşdırılır. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top