Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.
Avqustun 7-də, təxminən, saat 21:50-də 4 aylıq hamilə qadın dənizdə boğulma təhlükəsilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.//APA