Azərbaycanda aparılan koronavirus testlərinin sayı açıqlanıb - STATİSTİKA


Avqustun 7-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872 test aparılıb, ümumilikdə aparılan testlərin sayı 773 min 51-ə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3197-yə bərabərdir, onlardan 261 nəfəri reanimasiyada, 50-i isə süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 7-də Azərbaycanda koronavirus infeksiyasına daha 129 yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər isə vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top