Azərbaycanın səfiri Qazaxıstan Senatına seçkilərdə müşahidəçilər missiyasına rəhbərlik edəcək

Qazaxıstan Senatı deputatlarının seçki kampaniyası çərçivəsində MSK Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından beş müşahidəçi akkreditasiyadan keçirib.

Azərbaycan, Qırğızıstan, Özbəkistan və Türkiyənin Qazaxıstandakı səfirliklərinin nümayəndələri Senata keçiriləcək seçkiləri izləyəcəklər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidəçilər missiyasına Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov rəhbərlik edəcək.

Qazaxıstan Xarici İşlər nazirinin müavini Yerjan Aşikbayev MDB, TDƏŞ, TÜRKPA və ŞƏT kimi beynəlxalq təşkilatlara seçkiləri müşahidə etmək üçün dəvət məktubları və müvafiq qeydlər göndərdiyini bildirib.

Xatırladaq ki, bu il iyunun 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 12-də parlamentin yuxarı palatasına - Senata seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. (AZƏRTAC)

DİGƏR XƏBƏRLƏR

Top