Livan prezidenti Beyrutdakı partlayış barədə: "Raket və ya bomba ilə hücum ehtimalı var”


Livan prezidenti Mişel Aun Beyrut partlayışı barədə danışıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Livanın prezidenti Mişel Aun Beyrut partlayışına  bomba və ya raketlə hücum ehtimalının olduğunu açıqlayıb: “Səbəb hələ tam müəyyən edilməyib. Səhlənkarlıq və ya qəza olub-olmamasına baxılacaq. Bomba, raket və ya digər vasitələrlə xarici müdaxilə ehtimalı var. Bütün bu məsələlər araşdırılacaq”.
Qeyd edək ki, Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 140-a yaxın insan vəfat edib, 5000-dən çox insan yaralanıb. Minlərlə insan isə yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
Partlayışın ilkin səbəbi olaraq 2700 ton ammonium nitrat maddəsi göstərilir. Ancaq, raket və bənzəri silah-sursatla kənar müdaxilə istisna edilmir.
 

DİGƏR XƏBƏRLƏR

Top