Prezidentin tənqid etdiyi AZAL-ın 24 illik rəhbəri Cahangir Əsgərov kimdir? – DOSYE


Ötən gün prezident İlham Əliyevin müşavirə zamanı bir sıra dövlət qurumlarının və o cümlədən Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin(AZAL) fəaliyyətini tənqid etməsi barədə məlumat vermişdik. Bəs  görəsən tənqidlərin hədəfinə çevrilən AZAL-a rəhbərlik edən Cahangir Əsgərov nə qədər müddətdir bu vəzifəni icra edir?
Yeniavaz.com
Cahangir Əsgərovun internet resurslarında cəmləşən dosyesini təqdim edir:
Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.
Cahangir Əsgərov 2010-cu ildə İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni, 2020-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə zamanı AZAL-ın fəaliyyətini tənqid edib:
“Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”.

DİGƏR XƏBƏRLƏR

Top