Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, bu günə qədər dünyada 718 min 133 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 19 milyon 284 min 409 nəfər isə həmin xəstəliyə yoluxub. 12 miylon 378 min 834 nəfər isə müalicə alaraq sağalıb.
Koronavirusa yoluxma sayına görə dünyada birinci sırada ABŞ dayanır. Həmin ölkədə son sutkada 58 min 611 nəfər COVİD-19-a yoluxub, 1203 nəfər isə vəfat edib. Nəticədə ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 5 milyon 32 min 805-ə ölənlərin sayı isə 162 min 812-yə çatıb.
İkinci sırada Braziliyadır. Orada bu günə qədər 98 min 644 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib, 2 milyon 917 min 562 nəfər isə həmin xəstəliyə yoluxub.
Dünya ölkələri arasında COVİD-19-a yoluxma sayına görə 3-cü yerdə Hindistandır. Hindistanda indiyə qədər 2 milyon 30 min 1 nəfər yeni növ koronavirusa yoluxub, 41 min 673 nəfər isə bəhs edilən virus səbəbilə vəfat edib.