Sahil Babayev: "Təkrar yoxlamadan sonra 190 manat ödəniləcək"


“Əlbəttə, təkrar yoxlamadan sonra bu ödəniş həyata keçiriləcəkdir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrası barədə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, meyarlar Nazirlər Kabinetinin qərarına uyğun olaraq yenidən yoxlanılacaq:
“Bu ödənişin ödənilməsi üçün 53 milyon manat vəsait ayrılacaq. Əlbəttə təkrar yoxlamadan sonra bu ödəniş həyata keçiriləcəkdir. Çünki ola bilər ki, bu dövr ərzində kimlərsə əmək müqviləsi imzalayıb, kimlərsə sahibkarlıq fəaliyyətinə başlayıb və ya kimlərsə aztəminatlılıq meyarından çıxıb. Ona görə təkrar Nazirlər Kabinetinin qərarına uyğun olaraq meyarlar üzrə yoxlamadan sonra vətəndaşlarımıza ödəniş ediləcəkdir. Ondan sonra yekun rəqəm elan ediləcək ki, dördüncü ödəniş nə qədər insanı əhatə elədi”.

DİGƏR XƏBƏRLƏR

Top