Mingəçevirdə də çimərliklər açıldı


Ölkə ərazisində çimərliklərin açılmasına icazə verildikdən sonra Mingəçevir Su anbarının ərazisində olan çimərliklərə də az sayda gələnlər olub.
Yeniavaz.com
xəbər verir ki, daha çox uşaqların sevimli məkananına çevrilən su hövzəsinə gələnlər qaydalara uyğun olaraq sərinləməyə çalışıblar. Uzun müddət çimərlikdən kənarada qalan yaşlı sakinlər də sevinclərini gizlədə bilməyiblər.
Çimərliyə istirahətə gələn şəhər sakinlərindən Vahid Həmidov, Valeh Məcnunov və digərləri Yeniavaz.com saytına çimərliklərin açılmasını gözlədiklərini bildirdilər:
"Çimərliyin açılmasına daha çox uşaqlar sevinir. Sosial məsəfə oz yerində, maska ilə gəlirik. Yay aylarıdı burada aran zonasıdı, keçən aylarda güclü istilər oldu. Mən özüm şahidi oldum caamat çox əziyyət çəkidiri. Məsəafə saxlıyırıq, çox yaxın durmuruq. Riayət edirik qayda qanunlara, hər şey oz qaydasındadı.
Çimərlik ərazisində insanların rahat dincəlməsi üçün işlər də aparılıb. Əraziyə qum tökülüb, soyunub-geyinmə otaqları təmir edilib. Həmçinin həmin hissələrə dizinfeksiya edici məhlular yerləşdirilib.
Yaşar Məmmədov - Mingəçevi Mənzil Komunal Təsərrüfatı İstehsal Birliyinin Baş mühəndisi deyir ki, yaz yay mövsümü ilə əlaqədər olaraq çimərlik zonasında aparılcaq işlərə dair tədbirlər planı tuturuq. Həmin plana uyğun olaraq orda təmir, abadlıq işləri aparırıq. Bu məqsədlə həmin çimərliyə 80 kub metr qum tökmüşük, çimərliyin ərazisində soyunub geyinmə otaqları təmir edilib.
Qeyd edək ki, əvvəlki illərdə çimərlik ərazisində bu aylarda sıxlıq müşahidə edilirdi. Hazırda isə az sayda yerli sakinlər qaydalara əməl etməklə bu çimərlikdən istifadə edirlər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top