İranda 24 saatda 200-ə yaxın insan COVID-19-dan dünyasını dəyişdi


İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, İranda son sutkada 185 nəfər yeni növ koronavirus səbəbilə vəfat edib, 2 min 697 nəfər isə həmin virusa yoluxub.
İranda COVID-19-dan ölənlərin ümumi sayı, 17 min 802, yoluxanların sayı isə 217 min 483 nəfərdir.
Həmin ölkədə 274 min 932 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top